6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İranın xarici işlər naziri Zelenskini "kloun" adlandırıb

23-yanvar-2026, 11:12
İranın xarici işlər naziri Zelenskini "kloun" adlandırıb
Yazı Ölçüsü:

Zelenski ABŞ və Avropa vergiödəyicilərinin ciblərini boşaldaraq, bu vəsaitləri korrupsiyaya bulaşmış generallarının ciblərinə doldurur və BMT Nizamnaməsini pozaraq “qanunsuz təcavüz” adlandırdığı bir şeyə qarşı mübarizə apardığını iddia edir.

"PostMedia" xəbər veir ki, bbu barədə İranın xarici işlər naziri Abbas Araqçi sosial şəbəkələrdə yazıb.

“Eyni zamanda, o, açıq və həyasız şəkildə ABŞ-ni İran əleyhinə qanunsuz təcavüzə çağırır və bununla da eyni BMT Nizamnaməsini pozur. Dünya bu azmış klounlardan bezib, cənab Zelenski. Xarici dəstəyə arxalanan, muzdlu döyüşçülərlə dolu ordunuzdan fərqli olaraq, biz  iranlılar özümüzü necə müdafiə etməyi bilirik və yadellilərdən kömək istəməyə ehtiyac duymuruq”, – deyə Araqçi bildirib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31