6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Amerika hərbi gəmiləri İrana yaxınlaşır – Tramp

23-yanvar-2026, 10:38
Amerika hərbi gəmiləri İrana yaxınlaşır – Tramp
Yazı Ölçüsü:

“Biz İranı izləyirik”.

"PostMedia" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundan qayıdarkən "Air Force One" təyyarəsində jurnalistlərə bildirib.

"Ağ Ev"in rəhbərinin sözlərinə görə, “çoxlu gəmilər həmin istiqamətə doğru hərəkət edir, hər halda…”. “Biz İrana doğru böyük qüvvələr göndəririk”, – deyə o əlavə edib. Tramp bu qüvvələri “armada” və “nəhəng donanma” kimi xarakterizə etsə də, qeyd edib: “Ola bilsin ki, onlardan istifadə etməyə ehtiyac qalmasın”.

AFP agentliyinin xatırlatdığına görə, ötən həftə Tramp İrana zərbə endirməklə bağlı hədəsindən imtina etmişdi. Buna səbəb Ağ Evin Tehranın etirazçılar üçün nəzərdə tutulan edam hökmlərini dayandırdığını açıqlaması olmuşdu.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31