6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp Zelenski ilə görüşəcəyini bəyan edib və tərəfləri müharibəni dayandırmağa çağırıb

21-yanvar-2026
Tramp Zelenski ilə görüşəcəyini bəyan edib və tərəfləri müharibəni dayandırmağa çağırıb
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp Davosdakı çıxışı zamanı Dünya İqtisadi Forumu çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyini bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

 Lakin görüşün dəqiq vaxtı hələlik bəlli deyil.

Maraqlıdır ki, Trampın iki liderin bu gün görüşə biləcəyi və Zelenskinin hətta "dinləyicilər" arasında ola biləcəyi barədə bəyanatından bir neçə dəqiqə sonra Zelenskinin müşaviri Dmitri Litvin jurnalistlərə: "Prezident Kiyevdədir", — deyə cavab verib.

Tramp həm Zelenskini, həm də Rusiya Prezidenti Vladimir Putini Ukraynadakı müharibəni dayandırmağa çağıraraq, tərəflərin razılığa gəlmək iqtidarında olduqlarını vurğulayıb.

"Siz bu sazişi tamamlamalısınız. Çox sayda insan ölür. Onlar buna layiq deyillər", — deyə Tramp Davosdakı rəsmi çıxışından sonra sual-cavab sessiyasında bildirib. O, Putin və Zelenski barədə danışarkən əlavə edib: "Əgər bunu etməsələr, axmaq olarlar".

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930