N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Davosda Makronun "aviator" eynəyi taxması müzakirələrə səbəb olub

21-yanvar-2026
Türkan Nəbi
Davosda Makronun "aviator" eynəyi taxması müzakirələrə səbəb olub
Yazı Ölçüsü:

Davosda keçirilən Dünya İqtisadi Forumunda Fransa Prezidenti Emmanuel Makron parlaq rəngli, güzgülü "aviator" günəş eynəkləri ilə peyda olub və bu görünüş dərhal geniş müzakirələrə səbəb olub.

"PostMedia" xəbər verir ki, internet istifadəçiləri bu seçimin səbəbi barədə müxtəlif fərziyyələr irəli sürüblər; bəziləri bunun Brijit Makrondan alınan növbəti "sillənin" nəticəsi olduğunu iddia ediblər.

Makronun sammitdən fotoları sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilər şəkillərin mənası barədə təxminlər yürütməyə tələsiblər. Bəziləri Makronun həyat yoldaşı tərəfindən vurulduğunu düşünsə də, digərləri onu "kloun"a bənzədib.

Qeyd edək ki, prezident son həftələrdə bu eynəklərlə bir neçə dəfə görüntülənib. Bu yaxınlarda hərbi baxış zamanı onun sağ gözünün şişkin və qızarmış olduğu nəzərə çarpıb.

Çıxışının əvvəlində Makron auditoriyaya müraciət edərək deyib: "Gözümün xoşagəlməz görünüşünə görə üzr istəyirəm". Daha sonra isə zarafat edərək bunu "Rokki III" filminin məşhur mahnısına işarə ilə "Pələng gözü" (Eye of the Tiger) adlandırıb. Makron artıq "pələng baxışına" sahib olduğunu deyərək işçiləri ilə zarafatını davam etdirib və onlardan onu olduğu kimi qəbul etmələrini xahiş edib.

Prezidentin qızarmış gözü ilə bağlı video sürətlə yayılaraq onun sağlamlığı barədə suallar yaradıb. Yelisey sarayı qısa müddət sonra aydınlıq gətirib ki, Makronun gözündə qan damarı partlayıb. Bildirilib ki, bu vəziyyət təhlükəsizdir və müvəqqəti xarakter daşıyır.

Buna baxmayaraq, sosial şəbəkələrdə müxtəlif nəzəriyyələr yaranıb. Bəziləri bunun yeni bir moda addımı olduğunu, bəziləri isə Donald Trampın olduğu otaqda özünü soyuqqanlı göstərmək cəhdi olduğunu yazıblar. Bəzi istifadəçilər isə sadəcə Makronun "İsveçrə Alplarında keçirdiyi çətin gecənin" izlərini gizlətməyə çalışdığını deyərək zarafat ediblər.

İstifadəçilərin şərhlərindən nümunələr:

  • "Trampa eynəklə cavab verən bu kloun Makrona baxın".

  • "Aman Allahım! Makron deyir ki, damarı partlayıb, amma insanlar Brijitin yenidən ona vurduğunu düşünür. Siz nə fikirləşirsiniz?"

  • "O, kimin rəis olduğunu unutmuşdu, ona görə də Brijit ona yenidən yerini göstərdi".

Bununla belə, bir çoxları Makronun yumor hissini və özünəinamını tərifləyiblər: "Klassik Makron. Qırmızı gözü zarafata, eynəyi isə üsluba çevirdi. Etiraf etməliyəm ki, kifayət qədər əmin görünür", — deyə bir istifadəçi qeyd edib.

Kateqoriyalar