6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp Roma Papasını da "Sülh Şurası"na dəvət edib

21-yanvar-2026
Tramp Roma Papasını da "Sülh Şurası"na dəvət edib
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Trampın münaqişələrin həlli üçün irəli sürdüyü "Sülh Şurası" təşəbbüsünə Roma Papası XIV Lev də dəvət alıb.

Vatikanda ikinci şəxs sayılan dövlət katibi Pyetro Parolin jurnalistlərə açıqlamasında dəvəti təsdiqləyib: "Biz bu dəvəti almışıq və hazırda nə edəcəyimizi düşünürük. Qərar verməzdən əvvəl məsələni dərindən araşdırmaq üçün vaxt lazımdır".

Məlumata görə, Tramp bu təşkilata qoşulmaq üçün ümumilikdə 60 ölkəyə, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevə, Ermənistanın Baş naziri Nikol Paşinyana, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Rusiya Prezidenti Vladimir Putinə dəvət göndərib.

Qeyd olunur ki, Fransa, NorveçAlmaniya artıq bu təklifdən imtina ediblər. Azərbaycan Macarıstan isə dəvəti qəbul edən ilk ölkələrdən biridir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930