6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp Suriya lideri ilə danışıqlar aparıb

20-yanvar-2026, 08:45
Tramp Suriya lideri ilə danışıqlar aparıb
Yazı Ölçüsü:
Suriya lideri Əhməd əş-Şaraa ABŞ Prezidenti Donald Trampa zəng edib.
"PostMedia" SANA agentliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı hər iki tərəf Suriyanın ərazi bütövlüyü və müstəqilliyinin qorunmasının, habelə sabitliyə nail olunmasına yönəlmiş bütün səylərin dəstəklənməsinin vacibliyini vurğulayıblar.
Onlar Suriya dövləti çərçivəsində kürd xalqının hüquqlarının və müdafiəsinin təmin edilməsinin zəruriliyini qeyd ediblər. Hər iki tərəf İŞİD-lə mübarizədə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Tərəflər regional və beynəlxalq çağırışlara müqavimət göstərə biləcək güclü və vahid Suriya görmək istədiklərini ifadə ediblər.
Görüşdə bir sıra regional məsələlər müzakirə olunub, xüsusilə Suriyanın daha yaxşı gələcəyə doğru irəliləməsi üçün yeni imkanların yaradılmasının əhəmiyyəti vurğulanıb.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31