N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ-ın NATO müttəfiqləri kəşfiyyat məlumatlarının mübadiləsini dayandırıblar

20-yanvar-2026
Turan Hüseynli
ABŞ-ın NATO müttəfiqləri kəşfiyyat məlumatlarının mübadiləsini dayandırıblar
Yazı Ölçüsü:
NATO-nun üzv dövlətləri Prezident Donald Trampın Qrenlandiya ilə bağlı iddiaları və alyans daxilində etimadın sarsılması səbəbindən Vaşinqtonla kəşfiyyat məlumatlarının mübadiləsini dayandırıblar.
"PostMedia" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "I Paper" portalı Qərb xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.
"Trampın Qrenlandiyanı ilhaq etmək təklifi NATO daxilində parçalanma yaradır və rəsmiləri ABŞ ilə məxfi məlumatları bölüşməkdən imtina etməyə vadar edir", — deyə nəşr qeyd edir.
Mənbələrin bildirdiyinə görə, Avropa ölkələrinin kəşfiyyat orqanlarının əməkdaşları, məlumatların Trampa çatacağından və adanın güclə ələ keçirilməsi cəhdləri üçün istifadə olunacağından qorxaraq, amerikalı həmkarları ilə "məhdud təmas" rejiminə keçiblər.
"Biz əvvəllər birlikdə pivə içirdik, İraq və Əfqanıstanda çiyin-çiyinə çalışırdıq, indi isə qəribə bir vəziyyət yaranıb. Bu, məhviredicidir və mən heç vaxt belə bir şeyin baş verə biləcəyini düşünməzdim", — deyə həmsöhbətlərdən biri bildirib.
Britaniyalı mənbə Ağ Ev və müttəfiqləri arasındakı hazırkı münasibətlərin pisləşməsini "görünməmiş" adlandırıb və qeyd edib ki, Böyük Britaniya ABŞ-ın kəşfiyyat sahəsində əsas tərəfdaşı statusunu itirib, Vaşinqtonun gözündə "sadəcə Avropanın bir hissəsinə" çevrilib.
Bundan əvvəl Tramp, fevral ayından etibarən Danimarka və Niderland da daxil olmaqla bir neçə Avropa ölkəsinə qarşı 10%-lik gömrük rüsumu tətbiq ediləcəyini, Qrenlandiyanın mümkün satınalma müqaviləsi başa çatana qədər bu rüsumun 25%-ə qədər qalxa biləcəyini bəyan etmişdi.
Qrenlandiya Danimarka Krallığının tərkib hissəsidir və həm Danimarka, həm də Qrenlandiya hakimiyyəti dəfələrlə ərazi bütövlüklərinə hörmət edilməsini gözlədiklərini bəyan ediblər.
Kateqoriyalar