6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Davosda İranın xarici işlər nazirinin çıxışı ləğv edilib

19-yanvar-2026, 21:29
Davosda İranın xarici işlər nazirinin çıxışı ləğv edilib
Yazı Ölçüsü:
Davosda keçirilən Dünya İqtisadi Forumunun rəhbərliyi İranın xarici işlər naziri Abbas Araqçinin planlaşdırılan çıxışını ləğv edib.
"PostMedia" xəbər verir ki, rəsmi proqrama əsasən, onun çıxışı yanvarın 20-də günortadan sonra nəzərdə tutulmuşdu. Bazar günü Araqçinin adı hələ də məruzəçilər siyahısında yer alırdı, lakin bazar ertəsi səhər onun adı forumun saytından çıxarılıb.
Forumun təşkilatçıları İsveçrənin “20 Minuten” qəzetinə təsdiqləyiblər ki, İranın xarici işlər naziri Davosa gəlməyəcək. Bildirilib ki, Araqçi tədbirə hələ 2025-ci ilin payızında dəvət olunub, lakin İranda baş verən etiraz aksiyaları zamanı ölənlərlə bağlı vəziyyəti nəzərə alaraq, “bu il İran hökumətinin forumda təmsil olunmasının məqsədəuyğun olmadığı” qərarına gəlinib.
"20 Minuten" qəzetinin məlumatına görə, planlaşdırılan çıxışla bağlı xəbər sosial şəbəkələrdə geniş tənqid dalğasına səbəb olub.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31