6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Bolqarıstan prezidenti istefa verdiyini bəyan edib

19-yanvar-2026, 22:49
Bolqarıstan prezidenti istefa verdiyini bəyan edib
Yazı Ölçüsü:
Bolqarıstan prezidenti Rumen Radev istefa vermək niyyətində olduğunu açıqlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə "bTV Novinite" məlumat yayıb. Ölkə vətəndaşlarına müraciətində o qeyd edib ki, rəsmi istefa ərizəsini sabah təqdim edəcək.
Radevin sözlərinə görə, vitse-prezident İliana Yotova "dövlətin layiqli rəhbəri" olacaq.
"Mövcud şərait məni səlahiyyətlərim daxilində dövlət və ictimai maraqları qorumaq üçün yeddi müvəqqəti hökumət təyin etməyə məcbur etdi. Bu gün mən sizə sonuncu dəfə Bolqarıstan prezidenti kimi müraciət edirəm", — deyə o bildirib.
Qeyd edək ki, dekabr ayında Bolqarıstan hökuməti mübahisəli büdcə qanun layihəsinə qarşı kütləvi etiraz aksiyaları fonunda istefa vermişdi. Etirazlar korrupsiya, ədalətsizlik və bir çox dövlət sahələrindəki uğursuzluqlar səbəbindən hökumətin fəaliyyətinə qarşı narazılığa çevrilmişdi.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031