N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Moldova MDB-dən çıxmaq proseduruna başlayıb

19-yanvar-2026
Turan Hüseynli
Moldova MDB-dən çıxmaq proseduruna başlayıb
Yazı Ölçüsü:
Moldova Xarici İşlər Nazirliyi MDB-nin yaradılmasının əsasını qoyan sazişlərin ləğvi (denonsasiyası) üzərində işləyir.
"PostMedia" xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Mixay Popşoy "Radio Moldova"nın efirində bildirib.
"Bu üç əsas sazişin ləğvi ilə Moldova Respublikası rəsmən MDB-nin bir hissəsi olmaqdan çıxacaq. Və bu proses artıq başlayıb. Biz bu qərarı bu yaxınlarda qəbul etdik. Təsdiqləmə prosesi başlayıb".
Onun sözlərinə görə, denonsasiya haqqında sənədlər yeni parlament sessiyası başladıqdan sonra nəzərdən keçiriləcək və bu, fevralın ortalarına qədər baş tuta bilər. Əgər qanunverici orqan ləğvetməni təsdiqləsə və ardınca prezident Maya Sandu onları imzalasa, Moldova rəsmən MDB üzvlüyünü dayandıracaq.
Moldova 2022-ci ildən bəri Birliyin, həmçinin müşahidəçi statusuna malik olduğu Aİİ-nin (Avrasiya İqtisadi İttifaqı) iclaslarına məhəl qoymur. Hakimiyyət ixracı Qərb bazarlarına yönəltmək niyyətini açıq şəkildə ifadə edib. Sandu bəyan edib ki, respublika beynəlxalq hüquqi bazanı "Avropa standartlarına və Avropaya inteqrasiya prioritetlərinə uyğunlaşdırmağa" davam edir. Ötən ilin sonuna olan məlumata görə, ölkə MDB çərçivəsində imzalanmış 255 sənəddən artıq 67-ni ləğv edib.
Müxalifət sazişlərin qırılmasına yönəlmiş dövlət kursunu tənqid edərək, bunun əmək miqrantları və iqtisadi əlaqələr üçün risklər yaratdığını bildirir. Öz növbəsində, Moldovanın keçmiş prezidenti, sosialistlərin lideri İqor Dodon bəyan edib ki, indiki rəhbərliyin siyasəti milli maraqlara ziddir və vətəndaşların əksəriyyətinin istəklərinə cavab vermir.
Kateqoriyalar