N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Maçado öz Nobel Sülh Mükafatını bağışlamaqla hörmət nümayiş etdirdi - Tramp

16-yanvar-2026
Admin
Maçado öz Nobel Sülh Mükafatını bağışlamaqla hörmət nümayiş etdirdi - Tramp
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp, Venesuela müxalifətinin nümayəndəsi Mariya Korina Maçadonun Nobel Sülh Mükafatını ona təqdim etməsini hörmət əlaməti kimi qiymətləndirib.

"PostMedia" xəbər veirr ki, o, yanvarın 15-də "Truth Social" platformasında bu barədə müvafiq yazı paylaşıb.

Tramp, Maçadonu "çox şeylərdən keçmiş möhtəşəm bir qadın" kimi xarakterizə edərək, onunla görüşməyin "böyük şərəf" olduğunu bildirib. «Mariya gördüyüm işlərə görə öz Nobel Sülh Mükafatını mənə verdi. Nə qədər gözəl bir qarşılıqlı hörmət əlaməti! Təşəkkür edirəm, Mariya», — deyə "Ağ Ev" rəhbəri yazıb.

Maçado daha əvvəl bildirmişdi ki, yanvarın 15-də baş tutan görüş zamanı Nobel Sülh Mükafatını Trampa təhvil verib. "Fox News" telekanalı sonradan ABŞ liderinin bu mükafatı qəbul etdiyini xəbər verib. Nobel Komitəsi isə əvvəllər bəyan etmişdi ki, mükafatın verilməsi barədə qərar qətidir, yenidən baxıla bilməz və mükafat «ləğv edilə, bölünə və ya başqasına ötürülə bilməz».

Tramp əvvəllər Maçadonun Nobel Sülh Mükafatını ona verməsini istəmədiyini bildirmişdi. O, dəfələrlə özünü Nobel Sülh Mükafatına layiq hesab etdiyini bəyan etsə də, 2025-ci il oktyabrın 10-da Nobel Komitəsi mükafatın Maçado ilə verildiyini elan etmişdi. Yanvarın əvvəlində "The Washington Post" qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Tramp Maçadoya siyasi dəstək verməmək qərarına gəlib, çünki o, 2025-ci il mükafatından Trampın xeyrinə imtina etməmişdi.

Kateqoriyalar