N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ukrayna sülhə maneə olmayıb və olmayacaq - Zelenski

16-yanvar-2026
Admin
Ukrayna sülhə maneə olmayıb və olmayacaq - Zelenski
Yazı Ölçüsü:

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın mümkün sazişin bağlanmasına Moskvanın deyil, guya Kiyevin mane olduğu barədə iddiasına cavab verərək, Ukraynanın heç vaxt sülh üçün maneə olmadığını və olmayacağını bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə o, axşam müraciətində qeyd edib.

«Məhz Rusiya raketləri, Rusiyanın "Şahed"ləri və Rusiyanın Ukraynanı məhv etmək cəhdləri Rusiyaya sazişlərin lazım olmadığının bariz sübutudur. Rusiyanın səbəbindən ukraynalıların 20-30 saat elektrik enerjisi olmadığı, Rusiya zərbələrinin enerji sistemimizi sıradan çıxarmağa və xalqımıza qarşı yönəldiyi bir vaxtda, məhz Rusiyaya təzyiq göstərmək lazımdır. Bu məsələdə Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edirəm. Biz həm ictimai, həm rəsmi, həm şəxsi, həm də qeyri-rəsmi diplomatik səylərimizi əhəmiyyətli dərəcədə aktivləşdirəcəyik", — deyə Zelenski qeyd edib.

Bundan əvvəl Donald Tramp "Reuters"ə verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putinin təxminən dörd il əvvəl başladığı müharibəni bitirməyə hazır olduğunu iddia etmişdi.

"Hesab edirəm ki, o, sövdələşməyə hazırdır", — deyə Tramp Rusiya prezidenti haqqında danışarkən bildirib. "Düşünürəm ki, Ukrayna sövdələşməyə o qədər də hazır deyil".

Trampa ABŞ-nin iştirakı ilə aparılan danışıqların niyə hələ də sülhlə nəticələnmədiyi barədə sual verildikdə, o, "Zelenski" deyə cavab verib. Dəqiqləşdirici sualdan sonra o, "Düşünürəm ki, bunu etmək onun üçün çətindir", — deyə əlavə edib.

Kateqoriyalar