6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

“Böyük Yeddilik” ölkələri İrana əlavə sanksiyalarla hədələyib

15-yanvar-2026, 06:15
“Böyük Yeddilik” ölkələri İrana əlavə sanksiyalarla hədələyib
Yazı Ölçüsü:
G7-yə üzv ölkələrin xarici işlər nazirləri İranda mövcud vəziyyətlə bağlı yeni bəyanat yayıblar.
"PostMedia" xəbər verir ki, bu barədə "Sky News" məlumat verir.
Nazirlər bildiriblər ki, İranda davam edən etiraz aksiyaları ətrafında baş verən hadisələr onları “dərin narahat edir”.
Onlar əlavə ediblər ki, “İran hakimiyyətinin sərt repressiyalarının gücləndirilməsinə qəti şəkildə qarşıdırlar” və “ölənlərin və yaralananların sayının artması ilə bağlı xəbərlərdən ciddi şəkildə narahatdırlar”.
“İran hakimiyyəti tam təmkin nümayiş etdirməyə, zorakılıqdan çəkinməyə, İran vətəndaşlarının hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırılır”, – deyə G7 bəyanatında qeyd olunub.
Bəyanatda həmçinin vurğulanır ki, “əgər İran etirazları və fərqli fikirləri insan hüquqları üzrə beynəlxalq öhdəliklərini pozaraq repressiya etməyə davam edərsə, G7 üzvləri əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə hazırdırlar”.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31