6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Hindistan vətəndaşlarını İrandan çıxmağa çağırıb

14-yanvar-2026, 18:01
Hindistan vətəndaşlarını İrandan çıxmağa çağırıb
Yazı Ölçüsü:
Hindistan İranda baş verən etiraz aksiyaları və regionda artan gərginlik fonunda öz vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb və İrana səfərlərdən çəkinməyi tövsiyə edib.
"PostMedia" xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.
Çərşənbə günü Tehrandakı Hindistan səfirliyi müraciət yayaraq ölkə vətəndaşlarını o cümlədən tələbələri, iş adamlarını, zəvvarları və turistləri “mövcud vəziyyətlə əlaqədar” mövcud nəqliyyat vasitələrindən, o cümlədən kommersiya reyslərindən istifadə etməklə İrandan çıxmağa çağırıb.
Hindistan Xarici İşlər Nazirliyinin yaydığı digər xəbərdarlıqda isə hindistanlılara növbəti bildirişədək İrana səfərlərdən qəti şəkildə çəkinmək tövsiyə olunur. Bu çağırış ölkədə baş verən cari hadisələrlə əlaqələndirilir.
Bu, yanvarın 5-də Nazirlik tərəfindən yayımlanmış əvvəlki xəbərdarlığın təkrarıdır. Həmin xəbərdarlıqda İranda olan Hindistan vətəndaşlarına ehtiyatlı olmaları, etiraz aksiyalarından və kütləvi tədbirlərdən uzaq durmaları tövsiyə edilirdi.
Məlumata görə, hazırda İranda təxminən 10 min hindistanlı yaşayır, onların arasında çoxsaylı tələbələr də var. Bundan əlavə, Hindistanın müxtəlif bölgələrindən hər il minlərlə şiə zəvvar da İrana səfər edir.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31