6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ–Avropa İttifaqı münasibətləri artıq əvvəlki qədər yaxşı deyil – Kaya Kalas

13-yanvar-2026, 22:28
ABŞ–Avropa İttifaqı münasibətləri artıq əvvəlki qədər yaxşı deyil – Kaya Kalas
Yazı Ölçüsü:

ABŞ–Avropa İttifaqı münasibətlərinin vəziyyətini şərh edən Avropa İttifaqı Xarici İşlər naziri Kaya Kalas bildirib ki, Avropa ilə ABŞ arasındakı əlaqələr “artıq əvvəlki qədər yaxşı deyil”.

"PostMedia" xəbər verir ki, bu barədə o, Berlində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hər bir alyansın açıq fikir ayrılığı dövrləri olur, lakin Avropa 80 illik transatlantik münasibətlərdən imtina etməyəcək.

“Avropanın müdafiə hazırlığını gücləndirmək NATO-nun əməliyyatlarını təkrarlamaq demək deyil, əksinə Avropanı NATO çərçivəsində daha güclü etməkdir. Mən həmçinin transatlantik münasibətlərin vəziyyətinə toxunmaq istəyirəm ki, son vaxtlar bu mövzu geniş müzakirələrə səbəb olub. ABŞ əvəzolunmaz bir müttəfiqdir, lakin aydındır ki, münasibətlərimiz artıq əvvəlki qədər yaxşı deyil”, — deyə Kalas bildirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031