ABŞ Prezidenti Donald Tramp İrandakı etiraz iştirakçılarını dövlət müəssisələrini zəbt etməyə çağırıb və bildirib ki, iranlı rəsmi şəxslərlə bütün əlaqələrini dayandırıb.
"PostMedia" xəbər verir ki. bu barədə o, öz sosial şəbəkəsi "Truth Social"da yazıb.
“Etirazçılara qarşı mənasız qətllər dayandırılana qədər iranlı rəsmi şəxslərlə bütün görüşləri ləğv etdim”, — deyə ABŞ lideri bildirib.
O, həmçinin İrandakı etirazçıları aksiyalara davam etməyə çağırıb:
“İran vətəndaşları! Etirazlara davam edin, öz müəssisələrinizi (hakimiyyətləri) zəbt edin”, — deyə Tramp yazıb və əlavə edib ki, “kömək artıq yoldadır”.
Cümə axşamı İranda ən böyük etiraz aksiyaları baş tutub — bunlar 1979-cu ildə devrilmiş İran şahının oğlu Rza Pəhləvinin çağırışından sonra baş verib. Daha sonra aksiyalara mövcud hakimiyyət tərəfdarları da qoşulub.
Etirazlar 2025-ci ilin dekabrının sonunda İran riyalının devalvasiyası səbəbindən başlayıb. Başlanğıcda əsas mövzu valyuta məzənnəsinin kəskin dəyişməsi və bunun topdan və pərakəndə qiymətlərə təsiri olub. Lakin daha sonra bir sıra İran şəhərlərində etiraz aksiyaları polis qüvvələri ilə qarşıdurmaya çevrilib və şüarlar siyasi mahiyyət alıb — ölkədə mövcud siyasi hakimiyyətə qarşı. Həm polis, həm də etiraz iştirakçılarının arasında qurbanlar olduğu bildirilib.