6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Cənubi Koreyanın sabiq prezidenti edam oluna bilər

13-yanvar-2026
Cənubi Koreyanın sabiq prezidenti edam oluna bilər
Yazı Ölçüsü:

Cənubi Koreya prokurorluğu sabiq prezident Yun Sok Yol üçün 2024-cü ilin dekabrında ölkədə qanunsuz hərbi vəziyyətin elan olunmasına görə ölüm cəzası tələb edib.

"PostMedia" xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb..
Sabiq prezidentin işi üzrə hökmün verilməsi fevral ayının əvvəlinə gözlənilir.
2024-cü ildə hərbi vəziyyətin elan edilməsi işi ilə bağlı üsyan ittihamı irəli sürülən Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yol barəsində son məhkəmə iclası 9 yanvar tarixində Seul məhkəməsində başladı. Lakin cəza tələbi dinlənilmədən iş hələ yekunlaşmayıb. Buna görə də xüsusi prokuror Ço Un Sokun cəza tələbinin dinlənilməsi üçün əlavə iclas 13 yanvara təyin olunub.
Sabiq prezidentdən başqa, digər ittiham olunanlar arasında sabiq müdafiə naziri Kim Yon-hyon, sabiq Milli Polis Agentliyinin rəhbəri Ço Ci-ho və hərbi vəziyyətin planlaşdırılması və elan edilməsində əsas rol oynadıqları iddia edilən daha beş nəfər var.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930