N/A°C Bakı
1$ = 1.70₼
Ölüm

Bali adasında güclü daşqın nəticəsində Rusiya vətəndaşı ölüb

15-dekabr-2025
Amin Şükür
Bali adasında güclü daşqın nəticəsində Rusiya vətəndaşı ölüb
Yazı Ölçüsü:
Rusiyalı qadın Bali adasında güclü yağışlar zamanı yaranan seldə həlak olub.
"PostMedia" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Ehtimal olunur ki, rusiyalı qadın su basmış ərazidən keçməyə çalışarkən skuteri idarəetməni itirib.
Balidə davam edən güclü leysan yağışları nəticəsində artıq bir neçə rayon su altında qalıb. Xüsusilə Badunq rayonu və Denpasar şəhəri zərər çəkib.
Yerli polisin məlumatına əsasən, daşqın nəticəsində bir qadın həyatını itirib. Onun şəxsiyyəti müəyyən edilib. Bu, 30 yaşlı Rusiya vətəndaşıdır.
Ehtimala görə, qadın su basmış sahədən skuterlə keçmək istəyərkən nəzarəti itirib və sel sularına düşüb.
“Qadını nəqliyyat vasitəsi ilə birlikdə güclü axın körpünün altına aparıb”, – deyə Badunq polis rəisi jurnalistlərə bildirib.
O, güclü yağışlar zamanı sakinləri və turistləri daha ehtiyatlı olmağa çağırıb.
Hazırda hakimiyyət orqanları sakinləri və turistləri təhlükəsiz ərazilərə təxliyə edir.
Kateqoriyalar