6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Cəmiyyət

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlıların birgə təlimlərini keçirib

28-noyabr-2025, 15:37
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlıların birgə təlimlərini keçirib
Yazı Ölçüsü:

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlıların birgə təlimlərini keçirib.
PostMedia” xəbər verir ki, təlimlərin məqsədi üç ölkə arasında regional təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi olub.

Bildirilib ki, üç ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən birgə taktiki-xüsusi təlimlər “Qafqaz qartalı – 2025” adlanır.

Təlimlərin məqsədi “regionda üç qardaş ölkə arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi” olaraq göstərilib.

Manelvlərin əsas hədəfi qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsi, operativ reaksiya, koordinasiya və iştirakçı bölmələrin döyüş hazırlığının artırılmasıdır.

KİV-in məlumatına görə, təlimlər zamanı xüsusi təyinatlılar raket-artilleriya və aviasiya bölmələri ilə qarşılıqlı şəkildə müxtəlif ssenarilər üzrə verilmiş tapşırıqları uğurla yerinə yetirib, yüksək hazırlıq və taktiki bacarıq nümayiş etdiriblər.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930