6°C Bakı
1$ = 1.70₼
Cəmiyyət

Cavid Qurbanovun sabiq müavini STP-dəki vəzifəsindən azad edilib

26-noyabr-2025, 12:03
Cavid Qurbanovun sabiq müavini STP-dəki vəzifəsindən azad edilib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin rəhbərliyində dəyişiklik olub.
“PostMedia”nın əldə etdiyi məlumata görə, qurumun Baş direktoru Valehov Hicran Qardaşxan oğlu vəzifəsindən azad edilib.
Onun yerinə bu vəzifəyə Abbaslı Ələkbər Adil oğlu təyin edilib.
Qeyd edək ki, Hicran Valehov 2023-cü ildən STP-yə rəhbərlik edib.
O, 2016-2023-cü illərdə isə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müavini olub.
2022-ci ilin mayında Cavid Qurbanov ADY sədri vəzifəsindən azad edildikdən sonra Sədr vəzifəsini 7 ay müddətində Hicran Valehov icra edib.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031