6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Cəmiyyət

Rusiya Azərbaycanla sərhəddəki keçid məntəqəsinin tutumunu artırmaq niyyətindədir

31-oktyabr-2025, 23:50
Rusiya Azərbaycanla sərhəddəki keçid məntəqəsinin tutumunu artırmaq niyyətindədir
Yazı Ölçüsü:
Dağıstanda yerləşən “Tağırkent-Kazmalıyar” keçid məntəqəsinin yenidən qurulması layihəsi 2,9 milyard rubl (təxminən 61 milyon manat) sərmayə tələb edəcək və 2027-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiya mətbuatına Respublikanın Nəqliyyat və Yol Təsərrüfatı Nazirliyinin müvəqqəti rəhbəri Maqomed Tağırov məlumat verib.
M.Tağırov qeyd edib ki, işlər başa çatdıqdan sonra keçid məntəqəsinin layihə üzrə tutumu əhəmiyyətli dərəcədə artacaq və gündəlik 2 400 nəqliyyat vasitəsinə çatacaq.
Onun sözlərinə görə, həmin vasitələrdən 1 100-ü yük maşınları, 1 200-ü minik avtomobilləri, qalan 60-ı isə avtobuslar olacaq.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031