N/A°C Bakı
1$ = 1.70₼
Cəmiyyət

Bəzi İsveçrə kantonları dövlət məktəblərində hicabı qadağan etmək istəyir: NZZ

30-dekabr-2025
Türkan Nəbi
Bəzi İsveçrə kantonları dövlət məktəblərində hicabı qadağan etmək istəyir: NZZ
Yazı Ölçüsü:

İsveçrənin bir neçə kantonunda dövlət məktəblərində hicab kimi tanınan baş örtüklərinin qız şagirdlər tərəfindən taxılmasının qadağan edilməsinə yönəlmiş təşəbbüslər irəli sürülüb.

"PostMedia" "Die Neue Zürcher Zeitung" (NZZ) qəzetinə istinadən xəbər verir ki, bu ilin əvvəlindən yerli müsəlman qadınlara ictimai yerlərdə üzü tamamilə örtən geyim və əşyaların, o cümlədən burqa və niqabın taxılması artıq qadağan edilib.

Qəzet yazır ki, son həftələrdə Sürix və digər kantonlarda oxşar təşəbbüslər təqdim olunub. Suq kantonunda ölkənin ən böyük siyasi qüvvəsi olan İsveçrə Xalq Partiyası bu məsələ ilə bağlı referendum keçirilməsi üçün imza toplamağa hazırlaşır.

Partiya həmçinin federal səviyyədə qadağa qoyulmasını tələb edir və sərt sanksiyaların tətbiqində israr edir. Beləliklə, bu qadağanı dəfələrlə pozan 16 yaşından kiçik şagirdlər məktəbdən xaric edilə bilər, onların valideynləri isə İsveçrədə yaşamaq hüququndan məhrum edilə bilərlər.

Nəşr qeyd edir ki, 2025-ci ilin əvvəlində ölkədə tətbiq edilən burqa və niqab qadağası ilə bağlı sanksiyalar hələlik məhdud xarakter daşıyır. Qəzet bunu onunla izah edir ki, yerli müsəlman qadınlar üzü tamamilə örtən geyimlərdən nadir hallarda istifadə edirlər, turistlər isə qadağadan yan keçməkdə mahirdirlər. Bern kantonu polisinin məlumatına görə, onlar həm baş örtüyü, həm də gigiyenik maska taxaraq bu qadağadan yayınırlar.

Oktyabrın sonunda federal hökumət 16 yaşınadək məktəbli qızlar üçün hicab qadağasına qarşı çıxıb. Həmin vaxt federal hakimiyyət orqanları vurğulamışdılar ki, əsas məqsədlərdən biri dövlətin, o cümlədən dövlət məktəblərinin dini simvollar qarşısında bitərəfliyini təmin etməkdir.

Xəbərdə o da qeyd olunur ki, dekabrın əvvəlində Avstriya Milli Şurası (parlamentin aşağı palatası) 14 yaşınadək məktəbli qızlara baş örtüyü taxmağı qadağan edən qanun layihəsini dəstəkləyib.

Kateqoriyalar