ABŞ prezidentinin nümayəndəsi Den Driskol Avropa tərəfdaşlarına bildirib ki, Rusiya raketlər toplamaqdadır və bu, Avropanı Rusiyayla sülhə razı salmaq üçün istifadə olunur.
"PostMedia" xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Driskol qeyd edib ki, bu raketlər həm Kiyevə, həm də Ukraynadan kənarda mümkün hərbi qarşıdurmalarda tətbiq oluna bilər.
Bu həftə Driskol ABŞ-nin sülh planını müzakirə etmək üçün Ukrayna, Cenevrə və Abu Dabidə danışıqlar aparıb. Planın ilkin versiyası Ukraynanın tələblərinə uyğun olmayan bir sıra müddəaları ehtiva edib və ümumilikdə Rusiyanın maraqlarına daha yaxın olub.
ABŞ və Avropa rəsmiləri ilə məsləhətləşmələrdən sonra plan dəyişdirilib və indi Kiyevin maraqları daha çox nəzərə alınıb. Ən çətin məsələlər isə ABŞ və Ukrayna prezidentləri arasında müzakirəyə buraxılıb.
NYT qeyd edir ki, Driskolun raketlərlə bağlı açıqlamaları Avropaya “tez bir həll tapmaq vacibdir, çünki raket təhlükəsi artır və Ukraynaya dağıdıcı zərbə endirə, həmçinin onun sərhədlərindən kənara yayılabilir” mesajını verməyə yönəlmişdi. Avropa diplomatları isə raket toplamağı ciddi bir təhdid kimi qiymətləndiriblər.