6°C Bakı
1$ = 1.70₼
---

ABŞ sülh razılaşmasından sonra Ukraynaya zəmanət vermək istəyir - Media

27-noyabr-2025, 18:51
ABŞ sülh razılaşmasından sonra Ukraynaya zəmanət vermək istəyir - Media
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

ABŞ Ukraynaya təhlükəsizlik zəmanətləri yalnız Rusiya ilə müharibənin dayandırılması barədə sülh sazişi imzalandıqdan sonra verə bilər.

"PostMedia" "Politico"ya istinadən xəbər verir ki, bu şərt ABŞ tərəfindən Kiyevə keçən həftə təqdim olunan təkliflərin tərkib hissəsi olub.

ABŞ dövlət katibi Mark Rubio Avropa tərəfdaşlarına bildirib ki, Vaşinqton Ukraynaya hər hansı təhlükəsizlik zəmanətini yalnız müvafiq sülh sazişi imzalanandan sonra verəcək.

"DW"nin xəbərinə görə, ABŞ Prezidenti Donald Tramp da saziş imzalanana qədər ukraynalı liderləri "Ağ Ev"ə dəvət etməyəcəyini açıqlayıb.

Bəzi Avropa ölkələri narahatdır ki, Tramp administrasiyası tarazlığı Rusiyanın xeyrinə poza bilər. Avropa diplomatlarından biri jurnalistlərə bildirib ki, insan hüquqları, humanitar hüquq və beynəlxalq prinsiplər nəzərə alınmır və bu, Avropa təhlükəsizliyi üçün boşluqlarla dolu yeni bir memarlıq yaradır.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031