N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

---

Həbsdə olan milyarder İbrahim Süleymanovun səhhətində problem yaranıb

29-oktyabr-2025
Admin
Həbsdə olan milyarder İbrahim Süleymanovun səhhətində problem yaranıb
Yazı Ölçüsü:

İki qətlin və bir qəsdən adam öldürməyə cəhdin təşkilində şübhəli bilinən iş adamı və milyarder İbrahim Suleymanov təcridxanada özünü pis hiss edib.

PostMedia” xəbər verir ki, bu barədə onun vəkili Georgi Abşilava “İzvestiya”ya açıqlama verib.

“Ürək əsas qan dövranını təmin etmir, ağciyərlər və qaraciyər zədələnib, böyrək çatışmazlığı da müşahidə olunur”, — deyə o bildirib.

Baza Telegram kanalının məlumatına görə, milyarder əvvəlcə Moskvada, şəhərin cənub-şərqində yerləşən Kapotnya təcridxanasında saxlanılırdı, lakin sonra tibbi nəzarət üçün “Matrosskaya Tişina” təcridxanasına köçürülüb. Hazırda ona lazımi dərmanlar verilir, lakin bu tədbirlər kifayət etməyə bilər. Buna görə də vəkillər ev dustaqlığına keçirilməsi barədə vəsatət qaldırıblar. Məsələyə 12 noyabrda baxılacaq.

İbrahim Suleymanov oktyabrın 2-nə keçən gecə Moskvada saxlanılıb. Oktyabrın 3-də Moskvanın Basman məhkəməsi onu 2 dekabra qədər həbs edib. İstintaq versiyasına görə, o, 2004-cü ildə sifarişli qətlin təşkilində şübhəli bilinir. İddiaya əsasən, Suleymanov o vaxt paytaxt hava limanlarının müflisləşməsi ilə məşğul olan Federal Maliyyə Sağlamlaşdırma və İflas Xidmətinin rəhbəri Georgi Talyanın qətlini sifariş edib. 112 kanalının yazdığına görə, Talyaya Moskvada atəş açılıb, o, xəstəxanaya yerləşdirilsə də, aldığı güllə yaralarından bir neçə saat sonra reanimasiyada vəfat edib.

Suleymanov ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Bundan əvvəl Dağıstanda iş adamı Suleymanovun köməkçiləri saxlanılmışdı.

Kateqoriyalar