6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

---

Azərbaycan qazı Yunanıstan üzərindən Ukraynaya nəql ediləcək

29-oktyabr-2025, 17:32
Azərbaycan qazı Yunanıstan üzərindən Ukraynaya nəql ediləcək
Yazı Ölçüsü:

Aİ-nin enerji sistemləri operatorlarının məlumatına görə, Yunanıstan, Bolqarıstan, Rumıniya və Moldova qaz-nəqliyyat şirkətləri 2025-ci ilin noyabrından 2026-cı ilin aprel ayına qədər Ukraynaya boru kəməri ilə qaz ixracı üçün birgə auksion keçiriblər.
"PostMedia" xəbər verir ki, Auksion zamanı Yunanıstandan Ukraynaya Transbalkan qaz kəməri vasitəsilə gündəlik 6,32 GVt·saat ekvivalentində qaz həcmi rezerv edilib. Qeyd olunur ki, Yunanıstana qaz həm “Türk axını” boru kəməri ilə Bolqarıstan üzərindən, həm də Azərbaycan qazını daşıyan Cənub Qaz Dəhlizi vasitəsilə daxil olur.
Yunanıstan Energetika Nazirliyinə görə, bu saziş qış öncəsi Ukraynanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, Yunanıstanın və Cənub Qaz Dəhlizinin Avropanın enerji xəritəsində strateji rolunu artırır.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930