6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

---

Peskov: "Rusiya Azərbaycanla görüşün nəticələrini yüksək qiymətləndirir"

29-oktyabr-2025
Peskov: "Rusiya Azərbaycanla görüşün nəticələrini yüksək qiymətləndirir"
Yazı Ölçüsü:
"Rusiya prezidenti Vladimir Putin Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı Bakıda saxlanılan rusiyalıların məsələsini müzakirə edib".
"PostMedia" xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskovun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı diqqətli iş aparılır:
"Prezident bu kimi həssas mövzuları qaldırıb və dialoq davam edir".
O əlavə edib ki, Rusiya tərəfi Putin və Əliyev arasında baş tutan görüşün nəticələrini yüksək qiymətləndirir. Onun fikrincə, sammit iki ölkə arasında münasibətlərdə “yeni səhifə açmaq” baxımından mühüm əhəmiyyət kəsb edib.
Xatırladaq ki, iyul ayında Bakının Səbail Rayon Məhkəməsi İrandan narkotik tranziti və kiberdələduzluq ittihamı ilə saxlanılan rusiyalı IT mütəxəssislərin dörd ay müddətinə həbsinə qərar verib. Oktyabrın sonunda məhkəmə onların həbs müddətini daha üç ay uzadıb.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031