Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) sədr müavini vəzifəsinə Nicat Quliyev təyin edilib. Bu məlumatı "PostMedia"ya ADY-dən təsdiqləyiblər.
"Azərbaycan Respublikasının Prezidentinin 22 may 2025-ci il tarixli sərəncamına əsasən, Nicat Tofiq oğlu Quliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifəsinə təyin olunub", - ADY-nin məlumatında qeyd edilir.
1985-ci ildə doğulan N. Quliyev Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən 2005-ci ildə bakalavr və 2007-ci ildə magistr dərəcələrini fərqlənmə ilə tamamlayıb.
O, 2009-2015 illəri arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb.
2015-ci ildən etibarən “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyət göstərib, 2016-2025-ci illərdə Hüquq departamentinin müdiri və ADY sədrinin müşaviri vəzifələrini icra edib.
ADY-də işlədiyi dövrdə müxtəlif layihələrə rəhbərlik etmiş və 2020-ci ildə ADY-nin “140 illik yubiley medalı” ilə təltif olunub.