6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

---

Avropa liderlərindən bəziləri bizə zəng edir, amma bu danışıqların açıqlanmamasını xahiş edirlər - Lavrov

05-fevral-2026, 20:26
Avropa liderlərindən bəziləri bizə zəng edir, amma bu danışıqların açıqlanmamasını xahiş edirlər - Lavrov
Yazı Ölçüsü:

Bəzi Avropa liderləri Rusiya tərəfi ilə qeyri-rəsmi, “gizli” təmaslar saxlayırlar.

"PostMedia" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT-yə verdiyi müsahibədə bəyan edib.

“Gizlətməyəcəyəm ki, Avropa liderlərindən bəziləri ilə əlaqələrimiz var. Onlar bizə zəng edir və bu söhbətlərin ictimailəşdirilməməsini xahiş edirlər. Hətta bəziləri buraya gəlir və gizli təmaslar keçirir”, – deyə Lavrov bildirib.

Eyni zamanda, Rusiya XİN rəhbəri qeyd edib ki, bu cür “gizli” görüşlər zamanı Avropa nümayəndələri mahiyyət etibarilə heç bir yeni mövqe ortaya qoymurlar.

“Avropalı tərəfdaşlarımızın bu qapalı, məxfi təmaslar zamanı bizə təqdim etdikləri ideyalar, açıq şəkildə səsləndirdiklərindən heç nə ilə fərqlənmir. Bunlar yenə də eyni köhnə çağırışlardır”, – deyə Sergey Lavrov vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31