6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

---

DGK-nın sədri və bir sıra vəzifəli şəxslərinə ali xüsusi rütbələr verilib

29-yanvar-2026, 17:10
DGK-nın sədri və bir sıra vəzifəli şəxslərinə ali xüsusi rütbələr verilib
Yazı Ölçüsü:
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin (DGK) sədrinə və bir sıra vəzifəli şəxslərinə ali xüsusi rütbələr verib.
"PostMedia" xəbər verir ki, Prezident bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilsin:
“gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi
Şahin Soltan oğlu Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
“gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi
Fuad Elxan oğlu Məmmədov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Fuad Mikayıl oğlu Aslanov – Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi
Elmir Bahadur oğlu Ramazanov – Bakı Baş Gömrük İdarəsinin rəisi.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31