6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Xarici İşlər Nazirliyi Hindistan və Pakistan arasında gərginliyin artması ilə bağlı bəyanat verib

07-may-2025, 11:22
Xarici İşlər Nazirliyi Hindistan və Pakistan arasında gərginliyin artması ilə bağlı bəyanat verib
Yazı Ölçüsü:

Azərbaycan Respublikası Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirir.

"PostMedia" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Pakistan İslam Respublikasına qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik.

Pakistan xalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik.

Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq"-deyə bəyanatda qeyd edilir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031