6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Xarici İşlər Nazirliyi Ağdaban faciəsi ilə bağlı paylaşım edib

08-aprel-2025, 11:31
Xarici İşlər Nazirliyi Ağdaban faciəsi ilə bağlı paylaşım edib
Yazı Ölçüsü:

Ermənistan tərəfindən Azərbaycanlılara qarşı törədilmiş dəhşətli cinayətlərdən biri olan Ağdaban qətliamından 33 il ötür.

"PostMedia" xəbər veirr ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin paylaşımında qeyd edilib.

1992-ci ildə 130 evdən ibarət Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən yerlə yeksan edilərək tamamilə məhv edilib, 779 nəfər kənd sakini işgəncələrə məruz qalıb, 67 nəfər isə amansızlıqla qətlə yetirilib.

Ermənistanın və onun himayə etdiyi silahlı birləşmələrin Azərbaycanlılara qarşı törətdiyi cinayətlərin növbəti bir təzahürü olan Ağdaban faciəsinin qurbanlarının əziz xatirəsini dərin hüznlə anırıq.

Allah rəhmət eləsin!


Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930