Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
"PostMedia" xəbər verir ki, dövlətimizin başçısı bu fikirləri Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində səsləndirib.
"Bu gün biz azad Qarabağda qurub-yaradırıq", — deyə İlham Əliyev bildirib.
Prezident qeyd edib: "Bu gün biz - bu torpaqların sahibləri bütün dünyaya göstəririk ki, bura bizim torpağımızdır. Çünki biz qurub-yaradan xalqıq. İşğal dövründə Ermənistan ancaq bizim təbii sərvətlərimizi talayırdı, meşələrimizi qırırdı, mədənlərimizi qanunsuz olaraq istismar edirdi. Biz isə şəhərləri sıfırdan qururuq".
