Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bu günədək 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.
"PostMedia" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, bu müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır.
Nazirlikdən bildirilib ki, həmin ərazilərdə təhsil müəssisələrinin tikintisi, bərpası və fəaliyyəti istiqamətində işlər davam etdirilir.
Təhsil infrastrukturunun inkişafı doğma yurda qayıdan ailələr üçün əlçatan təhsil imkanlarının yaradılmasına xidmət edir.