6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Bayramovun Mirzoyanla görüşü planlaşdırılır

09-sentyabr-2026, 21:05
Bayramovun Mirzoyanla görüşü planlaşdırılır
Yazı Ölçüsü:

"İşlər davamlı şəkildə aparılır, qarşıdakı görüşlə bağlı razılaşma var. Məlumat verəcəyik."

"PostMedia" xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin mətbuat katibi Ani Badalyan "Lurer"ə açıqlamasında Ararat Mirzoyanla Ceyhun Bayramov arasında mümkün görüşlə bağlı sualı cavablandırarkən bildirib.

Daha əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yaxın vaxtlarda Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyanla görüşə biləcəyini istisna etməyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi ilə müzakirə olunan məsələlər arasında delimitasiya prosesinin gedişi də mühüm yer tutur. İrəvan və Bakı işləri şimaldan cənuba doğru, Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlamaqla həyata keçirmək barədə razılığa gəliblər.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031