6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

Bu il azad olunmuş ərazilərdə xərclənən vəsaitin həcmi açıqlanıb

05-avqust-2025, 15:35
Bu il azad olunmuş ərazilərdə xərclənən vəsaitin həcmi açıqlanıb
Yazı Ölçüsü:

 İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsində illik nəzərdə tutulmuş vəsaitin 38,8 %-i istifadə olunub.

"PostMedia" xəbər verir ki, bu barədə "Azərbaycan Maliyyə Nazirliyi məlumat yayıb.

Bu çərçivədə avtomobil yollarının layihələndirilməsi və tikintisi, yeni yaşayış komplekslərinin salınması, su və kanalizasiya sistemlərinin qurulması, sənaye parklarında infrastrukturun yaradılması və elektrik təchizatının təmin olunması işləri həyata keçirilib. Bundan əlavə, sosial sahələr – təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin bərpası və qurulması, ərazilərin minalardan təmizlənməsi tədbirləri maliyyələşdirilib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930