Moskvada keçiriləcək “Ağ əsa” beynəlxalq xeyriyyə festivalının qala konsertində görmə məhdudiyyətli uşaqlar iştirak edəcəklər.
"PostMedia" xəbər verir ki, bu uşaqlar Azərbaycan, Ermənistan, Abxaziya, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Rusiyanı təmsil edir.
Festivalın təşkilatçısı Diana Qurtskayanın bildirib ki, xeyriyyə fondu görmə imkanları məhdud uşaqlara dəstək məqsədilə fəaliyyət göstərir.
Moskva merinin müavini Anastasiya Rakovanın sözlərinə görə, builki festivalın seçim mərhələsində 800-dən çox uşaq iştirak edib, onların arasından 50 finalçı qalakonsertdə rus estradasının tanınmış ifaçıları ilə eyni səhnəni bölüşəcəklər.
Festival 12 ildir keçirilir və bu müddətdə 12 mindən çox görmə məhdudiyyətli uşağı, o cümlədən Azərbaycan və digər MDB ölkələrindən olan iştirakçıları bir araya gətirib.
Final konserti bu gün, Bakı vaxtı ilə saat 20:00-da, Moskva Konsert Zalında baş tutacaq.