6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Tramp Milad münasibətilə Natali Harp və digər köməkçilərinə 45 min dollar bağışlayıb

09-sentyabr-2026, 15:29
Tramp Milad münasibətilə Natali Harp və digər köməkçilərinə 45 min dollar bağışlayıb
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp üç köməkçisinin hər birinə, o cümlədən Amerika mediasının iddialarına görə, onun iştirak etdiyi bütün tədbirlərdə mütəmadi olaraq müşayiət edən Natali Harpa Milad hədiyyəsi olaraq 45 min dollar verib.

"PostMedia" xəbər verir ki, bu barədə sentyabrın 9-da "The Guardian" qəzeti ABŞ administrasiyasının açıqladığı maliyyə hesabatlarına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Harpdan başqa, ictimaiyyətlə əlaqələr üzrə müşavir Marqo Martin və Oval kabinetin əməliyyatlar üzrə direktor müavini Çemberlen Harris də 45 min dollar məbləğində hədiyyə alıblar. Ağ Evin əməliyyatlar direktoru Uolt Nauta isə 20 min dollar dəyərində hədiyyə əldə edib.

Hədiyyələr barədə məlumat administrasiyanın əməkdaşların illik gəlir bəyannamələrində əks olunub. Ağ Evin Konqresə təqdim etdiyi gəlir hesabatına əsasən, Harp, Martin və Harris ildə 150 min dollar, Nauta isə 175 min dollar qazanır.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930