2027-ci ildə Ermənistanın "Metsamor" Atom Elektrik Stansiyasında (AES) də müəyyən işlərin aparılması planlaşdırılır.
"PostMedia" xəbər veri ki, bu barədə sentyabrın 9-da jurnalistlərlə söhbətində Ermənistan AES-in baş direktoru Eduard Martirosyan məlumat verib.
Onun sözlərinə görə, görüləcək işlərlə əlaqədar gələn il stansiyanın fəaliyyətinin 55 gün müddətinə dayandırılması nəzərdə tutulur.
"Yeni açıq paylayıcı qurğulu yarımstansiyanın tikintisini başa çatdırmışıq", - Martirosyan bildirib. O əlavə edib ki, Rusiya ilə əməkdaşlıq çərçivəsində digər işlər də həyata keçirilir.
Baş direktor vurğulayıb ki, qarşıdakı illərdə Ermənistanda məlumatların emalı mərkəzlərinin fəaliyyətə başlaması elektrik enerjisinə tələbatın həcmini dəyişəcək.
"Bu gün Ermənistanda ümumi gücü təxminən 1200 meqavat olan günəş elektrik stansiyaları fəaliyyət göstərir. Bu da enerji sisteminə öz təsirini göstərir. Bununla yanaşı, atom elektrik stansiyası baza infrastrukturu olaraq qalır", - Eduard Martirosyan qeyd edib.