6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

2025-ci ildə dünyada milyarderlərin sayı 8,2% artıb

04-sentyabr-2026, 19:46
2025-ci ildə dünyada milyarderlərin sayı 8,2% artıb
Yazı Ölçüsü:

2025-ci ildə dünyada dollar milyarderlərinin sayı 8,2% artaraq rekord həddə – 3 795 nəfərə çatıb.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə özəl kapital sahəsində araşdırmalar üzrə ixtisaslaşan "Altrata" analitik şirkətinin məlumatlarında bildirilir.

Bu, son 5 ilin ən yüksək artım göstəricisidir. "Altrata" artımı süni intellekt (Sİ) sahəsindəki sürətli inkişafla əlaqələndirir. Şirkətin fikrincə, bu sahədəki bum dünya üzrə sərvətlərin artımını sürətləndirib.

Şirkətin hesabatına görə, dünya milyarderlərinin ümumi sərvəti 12,8% artaraq rekord həddə – 15,1 trilyon dollara çatıb.

Hesabatda dünyada sərvəti 50 milyard dolları aşan 29 supervarlı şəxsin olduğu qeyd edilir. Onların ümumi sərvəti təxminən 4,1 trilyon dollar təşkil edir ki, bu da bütün milyarderlərin ümumi sərvətinin 27%-nə bərabərdir.

Müqayisə üçün, 2017-ci ildə dünyada sərvəti 50 milyard dollardan çox olan cəmi 10 nəfər var idi və onların payına milyarderlərin ümumi sərvətinin 7,2%-i düşürdü.

"Altrata"nın tədqiqat və analitika bölməsinin rəhbəri Maya İmberqin sözlərinə görə, süni intellekt sahəsindəki bum milyarderlər arasında sərvət fərqinin daha da artmasına səbəb olub.

O xəbərdarlıq edib ki, texnologiya şirkətlərinin səhmlərinin bahalaşması rekord həcmdə sərvət formalaşmasına gətirib çıxarsa da, süni intellekt şirkətlərinin səhmləri ilə bağlı kapital dinamikası kifayət qədər dəyişkən ola bilər.

"Altrata"nın məlumatlarına görə, Şimali Amerikada milyarderlərin sayı 2025-ci ildə 11,6% artaraq 1 337 nəfərə çatıb. Bu, bütün regionlar arasında ən yüksək artım göstəricisidir.

Avropada milyarderlərin sayı 7,9% artaraq 1 081 nəfərə, Asiyada isə 6,5% artaraq 881 nəfərə çatıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930