6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Lavrov fon der Lyayeni "fürer" adlandırıb

03-sentyabr-2026, 09:55
Lavrov fon der Lyayeni "fürer" adlandırıb
Yazı Ölçüsü:

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Avropa İttifaqında mütləq hakimiyyətə can atdığını iddia etdiyi Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayeni "fürer" adlandırıb.

"PostMedia" xəbər verir ki, Lavrov bunu Rusiyanın "Znaniye" cəmiyyətinin Şərq İqtisadi Forumu çərçivəsində təşkil etdiyi mühazirə platformasında bildirib.

"Ursula fon der Lyayeni biz "fürer Ursula" adlandırırıq. O, Avropa Komissiyasında bütün Aİ-nin qərarları ilə Brüsselə verilməyən, milli hökumətlərin səlahiyyətində qalan hüquq və səlahiyyətləri cəmləşdirməyə çalışır. Bu tendensiya onda çox güclü şəkildə özünü göstərir".

Nazir bir neçə il əvvəl "Şimal axınları"nın partladılması ilə bağlı suala cavab verən fon der Lyayenin avropalı seçicilərin enerji qiymətlərinin artmasından əziyyət çəkəcəyini, lakin "ukraynalı xalqın Avropa dəyərlərini müdafiə etməsi üçün əziyyət çəkməli olduqlarını" söylədiyini xatırladıb.

"Və heç kim söhbətin hansı Avropa dəyərlərindən getdiyini soruşmadı. Əgər təhsil, mədəniyyət, gündəlik həyat və kütləvi informasiya vasitələrində rus dilinin qanunvericiliklə qadağan edilməsi Avropa dəyərlərini əks etdirirsə, o zaman Avropa üçün nasizmin qayıdışı mübarək olsun", – deyə Lavrov vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930