6°C Bakı
1$ = 1.70₼
Maraqlı

Tramp İrandan qisas alacağını vəd edib

31-avqust-2026, 19:20
Tramp İrandan qisas alacağını vəd edib
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp İordaniyadakı Amerika bazalarına İran tərəfindən endirilən zərbələrə görə qisas alacağını vəd edib.

"PostMedia" xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

"Onlara güclü zərbə endirəcəyik. Cavab gecikməyəcək", - deyə Tramp bildirib.

Tramp əlavə edib ki, ABŞ qoşunları gecə saatlarında bir raketin hava hücumundan müdafiə sistemini keçməsinə imkan verib. Onun sözlərinə görə, həmin raket heç bir obyektə zərbə endirməyəcəkdi və digər raketlər havada vurulub.

Bununla belə, mümkün danışıqlarla bağlı ümidlər hələ də aşağıdır.

"Onlar görüşmək üçün çox istəyirlər. Sadəcə, onlarla razılaşmaya ümid etməyin mümkün olub-olmadığını bilmirəm", - deyə Tramp qeyd edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031