6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Almaniyada XIX əsrə aid zavod 1 avroya satışa çıxarılıb

27-iyul-2026, 02:23
Almaniyada XIX əsrə aid zavod 1 avroya satışa çıxarılıb
Yazı Ölçüsü:
Almaniyada XIX əsrə aid zavod cəmi 1 avroya satışa çıxarılıb.
"PostMedia" xəbər verir ki, "Bild" nəşrinin məlumatına görə, hərraca çıxarılan geniş zavod ərazisi Saksoniya-Anhalt federal torpağında, Maqdeburqun şimalında yerləşir. Burada, Tanqerhüttedə 1842-ci ildə dəmir filizi yataqları aşkar edildikdən sonra müəssisə fəaliyyətə başlayıb. Qısa müddətdə zavod adi kənd təsərrüfatı məntəqəsini dünya miqyaslı sənaye mərkəzinə çevirib.
Tanqerhüttedə 1 500-dən çox sakin XIX əsrin sonlarında Almaniyanın iqtisadi yüksəlişi dövründə böyük tələbat olan məhsullar – küçə fənərləri, spiral pilləkənlər, vannalar və hətta çay pavilyonları istehsal edirdi. Məhsullar Yaponiya, Misir və Argentina kimi ölkələrə də ixrac olunurdu və zavod qısa zamanda beynəlxalq şöhrət qazanmışdı. Lakin Almaniya Demokratik Respublikasının süqutundan sonra bu sənaye nəhəngi tərk edilmiş xarabalığa çevrildi.
Şəhər hakimiyyəti obyektdən qurtulmağa çalışdığı üçün başlanğıc satış qiyməti cəmi 1 avro müəyyən edilib. Müraciətlər sentyabrın 30-dək qəbul olunacaq. Yeni sahibini isə böyük həcmdə bərpa işləri gözləyir. Şərtlərə əsasən, alıcı memarlıq abidəsi statusuna malik binanın fasadlarının möhkəmləndirilməsi üçün dərhal tədbirlər görməli və onların uzunmüddətli qorunmasını təmin etməlidir.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031