6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Avstraliyada nasist Almaniyasının liderlərindən birinə məxsus "Mercedes" bərpa olunacaq

27-iyul-2026, 00:29
Avstraliyada nasist Almaniyasının liderlərindən birinə məxsus "Mercedes" bərpa olunacaq
Yazı Ölçüsü:
Avstraliyanın Brisben şəhərində yerləşən emalatxanada genişmiqyaslı bərpa layihəsinə start verilir.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, burada nasist Almaniyasının reyxsmarşalı Herman Görinqin istifadə etdiyi ehtimal olunan son "Mercedes" avtomobili yenidən bərpa ediləcək. Mercedes 540 K model kabriolet dövlət səfərləri və rəsmi yürüşlər üçün nəzərdə tutulmuşdu.
İkinci Dünya müharibəsinin başa çatmasından sonra avtomobil ABŞ ordusu tərəfindən müsadirə edilib. Əvvəlcə ondan amerikalı hərbçilər istifadə edib, daha sonra isə ABŞ-yə aparılıb. Avtomobil uzun illər eyni sahibdə qalıb və yararsız vəziyyətə düşüb. Klassik avtomobillər üzrə ixtisaslaşmış dilerlər 13 il əvvəl onun tarixçəsini öyrəndikdən sonra Şimali Karolinada yalnız paslanmış hissələrdən ibarət qalıqları aşkar ediblər.
İlkin plana görə, "Mercedes" ABŞ-də bərpa edilməli idi, lakin bu baş tutmayıb. Nəticədə sökülmüş vəziyyətdə olan avtomobil Avstraliyaya, Brisbendəki "Sleeping Beauties Restoration" emalatxanasına gətirilib. Onun bərpası mütəxəssislər üçün olduqca mürəkkəb vəzifə hesab olunur.
Bərpa işlərinin 4-5 il davam edəcəyi gözlənilir. Avtomobilin bir çox hissəsi artıq istehsal olunmadığından, onlar tarixi texniki göstəricilərə əsasən əl ilə yenidən hazırlanacaq.
Mütəxəssislər avtomobilin dəyərini 1,5-2 milyon avro arasında qiymətləndirirlər. Lakin mübahisəli tarixçəsinə görə bu "Mercedes" bir çox kolleksiyaçı üçün problemli eksponat hesab oluna bilər.
Müəllif
Azad
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031