6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Rusiyada vətəndaşlıq almaq istəyənlərin diqqətinə: Saxta nikahlara qarşı yeni qadağa

22-iyul-2026, 15:21
Rusiyada vətəndaşlıq almaq istəyənlərin diqqətinə: Saxta nikahlara qarşı yeni qadağa
Yazı Ölçüsü:

Rusiyada miqrantların 80 yaşdan yuxarı qadınlarla vətəndaşlıq almaq üçün evlənməsinin qarşısı alınır

Rusiya Dövlət Duması yaşlı qadınlarla saxta nikahlar vasitəsilə Rusiya vətəndaşlığı almaq imkanını məhdudlaşdıran qanun qəbul edib. Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.

"Bu sahədə qayda yaratmaq, əvvəllər mövcud olan çoxsaylı saxta nikah mexanizmlərini aradan qaldırmaq lazım idi. Söhbət miqrantların 80 və daha yuxarı yaşlı qadınlarla formal nikah bağlaması hallarından gedir. Belə hallar mövcud idi. Qanunvericilikdəki bu boşluqlar artıq aradan qaldırılıb", – deyə Volodin bildirib.

Dəyişikliklər miqrasiya qanunvericiliyinin sərtləşdirilməsini nəzərdə tutan hökumət qanun layihəsi çərçivəsində ikinci və üçüncü oxunuşda qəbul edilib.

Saxta nikahlarla yanaşı, qanun Rusiya vətəndaşlığı, müvəqqəti yaşamaq icazəsi və daimi yaşamaq icazəsinin verilməsindən imtina üçün yeni əsaslar da müəyyənləşdirir.

Yeni qaydalara əsasən, xarici vətəndaşların üzərində silinməmiş və ya ödənilməmiş hər hansı məhkumluq olduğu halda onlara bu statuslar verilməyəcək. Əvvəllər bu məhdudiyyət yalnız qəsdən törədilmiş cinayətlərə (vətəndaşlıq üçün) və ağır və xüsusilə ağır cinayətlərə (müvəqqəti və daimi yaşamaq icazələri üçün) şamil edilirdi.

Əgər sənədlər artıq verilibsə, lakin sonradan şəxsin silinməmiş məhkumluğu müəyyən olunarsa, həmin sənədlər ləğv ediləcək. Tanınmış qaçqınlar və siyasi sığınacaq alan şəxslər bu qaydadan istisna olunublar.

Qanun sənədlərlə bağlı tələbləri də sərtləşdirir. Miqrantlar yaşadıqları ölkədən məhkumluğun olub-olmaması barədə ərizənin təqdim edilməsindən ən çox üç ay əvvəl verilmiş kağız arayış təqdim etməlidirlər. Bir neçə ölkənin vətəndaşlığına və ya yaşayış statusuna malik şəxslər hər biri üzrə ayrıca arayış təqdim etməli olacaqlar.

14 yaşadək uşaqlar, qaçqınlar, siyasi sığınacaq alanlar və Rusiya Silahlı Qüvvələrində müqavilə əsasında xidmət edən şəxslər bu tələbdən azaddırlar.

Yeni qaydalar prezident tərəfindən qanun imzalandıqdan 180 gün sonra qüvvəyə minəcək. Həmin tarixədək təqdim olunan müraciətlər isə əvvəlki qaydalar əsasında baxılacaq.

Qanun "Crocus City Hall" terror aktından sonra Rusiyada miqrasiya siyasətinin ümumi sərtləşdirilməsi çərçivəsində qəbul edilib.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031