6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Tramp risklərə baxmayaraq İranla qarşıdurmanı davam etdirmək niyyətindədir – "Politico"

22-iyul-2026, 14:00
Tramp risklərə baxmayaraq İranla qarşıdurmanı davam etdirmək niyyətindədir – "Politico"
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp İranla qarşıdurmanı davam etdirmək niyyətində olduğunu nümayiş etdirir.
"PostMedia" xəbər verir ki, "Politico" nəşrinin yazdığına görə, bu siyasət bir çox amerikalının narazılığına səbəb olur və Konqres seçkiləri ərəfəsində respublikaçıların vəziyyətini çətinləşdirir.
Nəşr qeyd edir ki, Tramp iyun ayında amerikalıların müharibənin davam etdirilməsi və miqyasının genişləndirilməsini dəstəkləyib-dəstəkləmədiyinə əmin olmadığını desə də, prezidentin bəzi müttəfiqləri hesab edirlər ki, Tehran onun siyasi riskə getmək hazırlığını düzgün qiymətləndirmir.
Məqalədə ABŞ-nin Suriya üzrə keçmiş xüsusi nümayəndəsi, həmçinin İraq və Türkiyədə sabiq səfir olmuş Ceyms Ceffrinin fikirləri yer alıb. Onun sözlərinə görə, Trampın "qarşıdurmanı davam etdirməkdən başqa seçimi yoxdur".
"O, kompromis təklif edib. Seçkilərdə məğlub olsa belə, geri çəkilməyəcək", – deyə Ceffri bildirib. O, noyabrda keçiriləcək Konqresin aralıq seçkilərindən sonra respublikaçıların mövqelərinin zəifləməsi ehtimalını nəzərdə tutub.
Politico həmçinin "Ağ Ev"ə yaxın" mənbənin sözlərini də təqdim edib. Mənbənin bildirdiyinə görə, ötən həftə bir neçə amerikalı hərbçinin həlak olmasından sonra "Trampa sərt cavab verməsi üçün təzyiq daha da artacaq".
"Müdafiə xərcləri üçün Konqresə təqdim olunan nəhəng büdcə sorğusu da onun növbəti addımlarından xəbər verir. Tramp gələcəkdə istənilən əməliyyatı həyata keçirmək üçün ABŞ-nin kifayət qədər imkanlara malik olduğuna əmin olmaq istəyir", – deyə mənbə əlavə edib.
Bununla yanaşı, məqalədə qeyd olunur ki, Trampın müttəfiqləri prezidentin aralıq seçkilərindən əvvəl ABŞ-ni bu uzunmüddətli və baha başa gələn qarşıdurmadan çıxarmaq imkanlarının sürətlə tükənməsindən narahatdırlar.
"Məhz bu, bataqlıqdır", – deyə mənbələrdən biri bildirib.
Nəşr vurğulayır ki, respublikaçılar müharibənin adi amerikalıların iqtisadi vəziyyətinə təsirindən narahatdırlar. Çünki gözləntilərə görə, qarşıdan gələn seçkilərdə gündəlik yaşayış xərcləri ilə bağlı məsələlər həlledici rol oynayacaq.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031