6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Tramp BMT-nin növbəti baş katibi postunda Canni İnfantinonu görmək istəyir – NYP

22-iyul-2026, 11:08
Tramp BMT-nin növbəti baş katibi postunda Canni İnfantinonu görmək istəyir – NYP
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının (BMT) növbəti baş katibi vəzifəsində hazırda FIFA-ya rəhbərlik edən Canni İnfantinonu görmək istəyir.
"PostMedia" xəbər verir ki, u barədə "The New York Post "(NYP) qəzeti mənbəyə istinadən məlumat yayıb.
"NYP"nin məlumatına görə, Tramp BMT-nin növbəti baş katibinin məhz FIFA prezidenti Canni İnfantino olmasını istəyir.
Amerika prezidentinə yaxın mənbənin sözlərinə görə, Tramp hesab edir ki, İnfantino "bütün dünyada hörmət qazanıb və insanları bir araya gətirmək üçün unikal bacarığa malikdir".
BMT-nin növbəti baş katibi bu il seçiləcək. O, cari ilin sonunda səlahiyyət müddəti başa çatan hazırkı baş katib, portuqaliyalı Antoniu Quterrişi əvəz edəcək.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031