6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Pentaqon rəhbəri: "Çin və Rusiya İranı hərbi qarşıdurmada dəstəkləyir"

22-iyul-2026, 02:25
Pentaqon rəhbəri: "Çin və Rusiya İranı hərbi qarşıdurmada dəstəkləyir"
Yazı Ölçüsü:

ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib ki, Çin və Rusiya ABŞ ilə hərbi qarşıdurma zamanı İranın bəzi fəaliyyətlərini "müxtəlif səviyyələrdə" dəstəkləyir.

"PostMedia" xəbər verir ki, bu barədə CNN xəbər yayıb.

Heqset Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib ki, ABŞ bu fəaliyyəti məhdudlaşdırmaq üçün müxtəlif addımlar atır, lakin prosesin miqyası və təfərrüatları məxfi xarakter daşıyır.

"Bu fəaliyyəti cilovlamağın bir çox yolu var... Onun dərinliyi və miqyası ilə bağlı təfərrüatlar məxfi qalmalıdır", – deyə Pentaqon rəhbəri bildirib.

O əlavə edib ki, Çin və Rusiya "müxtəlif səviyyələrdə İranın həyata keçirdiyi fəaliyyətlərə dəstək verir". Heqset bu fikirləri Şimali Dakotadan olan respublikaçı senator Con Hovenin sualını cavablandırarkən səsləndirib.

Eyni sual ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keynə də ünvanlanıb. General açıq iclas çərçivəsində bu mövzunu müzakirə etməyə üstünlük vermədiyini bildirib.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031