6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Buffett Geyts Fonduna 6 milyard dollar köçürməkdən imtina edib – FT

15-iyul-2026, 14:06
Buffett Geyts Fonduna 6 milyard dollar köçürməkdən imtina edib – FT
Yazı Ölçüsü:


ABŞ-nin ən böyük investorlarından biri, milyarder Uorren Baffet artıq "Microsoft" şirkətinin təsisçisi Bill Geytsin xeyriyyə fonduna ianə etməyi planlaşdırmadığını açıqlayıb

"PostMedia" xəbər verir ki, bu barədə iyulun 15-də Britaniyanın "Financial Times" (FT) qəzeti yazıb.

Baffet illik ianələrindən yararlanan təşkilatlar siyahısından "Gates Foundation" fondunu çıxarıb. Bunun nəticəsində Geytsin xeyriyyə təşkilatı təxminən 6 milyard dollar məbləğində vəsaitdən məhrum olacaq.

Baffet bildirib ki, qarşıdakı səkkiz il ərzində bütün vəsaitlərini ailəsinə məxsus dörd xeyriyyə fonduna yönəltməyi planlaşdırır.

Qəzetin məlumatına görə, "Gates Foundation"un ianə alan təşkilatlar siyahısından çıxarılması Geytsin qalmaqallı maliyyəçi Ceffri Epşteyn ilə əlaqələri barədə bir sıra məlumatların ortaya çıxmasından sonra baş verib.

95 yaşlı Baffetin "Gates Foundation" ilə əməkdaşlığı dayandıracağı barədə məlumatı iyunun 30-da "The Wall Street Journal" da yaymışdı. Bildirilirdi ki, investor 20 ildən sonra ilk dəfə olaraq "Microsoft" təsisçisinin xeyriyyə fonduna müntəzəm ödənişlərini dayandırıb.

Epşteyn işi ilə bağlı materialların 2025-ci il dekabrın 20-dən etibarən yayımlanmağa başladığı bildirilir. Buna səbəb isə həmin ilin noyabrın 19-da ABŞ Prezidenti Donald Trampın materialların məxfiliyinin aradan qaldırılması haqqında qanunu imzalaması göstərilir.

ABŞ-ın keçmiş baş prokuroru Pam Bondi fevralın 14-də maliyyəçinin işi ilə bağlı sənədlərdə adı çəkilən 300-dən çox tanınmış şəxsin siyahısını açıqlayıb. Həmin materiallarda ABŞ-ın 42-ci prezidenti Bill Klintonun, 46-cı prezidenti Co Baydenin, "Microsoft"un həmtəsisçisi Bill Geytsin, eləcə də müğənni Beyonsenin soyadlarının qeyd olunduğu bildirilib.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031