6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Kişilər eyni vaxtda bir neçə iş görərkən həmsöhbətlərini daha az dinləyirlər - ARAŞDIRMA

14-iyul-2026, 06:17
Kişilər eyni vaxtda bir neçə iş görərkən həmsöhbətlərini daha az dinləyirlər - ARAŞDIRMA
Yazı Ölçüsü:

Avstraliyalı alimlərin apardığı araşdırmaya görə, kişilər eyni vaxtda bir neçə tapşırıq yerinə yetirərkən söhbətə diqqəti qadınlara nisbətən daha tez itirir və həmsöhbətin suallarına daha az cavab verirlər.

"PostMedia" xəbər verir ki. tədqiqatın nəticələri "Psychological Research" jurnalında dərc olunub.

Araşdırma zamanı qadınlar 28 sualdan orta hesabla 25-nə cavab verdiyi halda, kişilər təxminən 20 suala cavab veriblər. Bununla belə, cavabların keyfiyyəti baxımından qadınlarla kişilər arasında fərq müəyyən edilməyib.

Tədqiqat müəlliflərinin fikrincə, kişilər çoxşaxəli tapşırıqlar zamanı söhbəti daha aşağı prioritet hesab edə və ya əsas işə o qədər fokuslana bilərlər ki, söhbəti sadəcə fərq etmirlər. Alimlər qeyd edirlər ki, bu fərq əsasən ünsiyyəti davam etdirmək bacarığı ilə bağlıdır, ümumi multitapşırıq qabiliyyəti ilə deyil.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930